Bazar , Yanvar 24 2021
Ana səhifə / Kriminal / Fərman Ceyranlının işi üzrə yekun qərar fevralın 6-da verəcək

Fərman Ceyranlının işi üzrə yekun qərar fevralın 6-da verəcək

Tbilisi şəhər məhkəməsində bu gün “Lanset” klinikasının direktoru Fərman Ceyranlının işi üzrə növbəti dinləmə keçirilib. Dinləmədə üç vəkilin birinin çıxışı dinlənilib.

Məhkəmənin iş üzrə yekun qərarı bu gün qəbul edəcəyi nəzərdə tutulsa da, hakim Maya Kokiaşvili məhkəmə prosesini fevralın 6-a qədər təxirə salıb.

Qeyd edək ki, cərrah F.Ceyranlı dələduzluq maddəsi ilə ötən ilin may ayında Gürcüstanda həbs olunub. O, klinikasında qanunsuz qaraciyər transplantasiyası əməliyyatları həyata keçirməkdə və pasientlərdən aldatma yolu ilə külli miqdarda pul mənimsəməkdə ittiham olunub. İttiham üzrə azərbaycanlı həkim 6 ildən 9 ilədək azadlıqdan məhrum oluna bilər. (APA)

Həmçinin oxuyun

Azərbaycanda vəzifəli şəxslə bağlı cinayət işi başlandı – RƏSMİ

Salyan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsində işləyən Abuşov İntiqam Mirzağa oğlunun qanunsuz hərəkətləri …