Şənbə , İyun 3 2023
Ana səhifə / Kriminal / Fərman Ceyranlı azadlığa buraxıldı

Fərman Ceyranlı azadlığa buraxıldı

Gürcüstanda həbsdə olan “Lanset” klinikasının həmtəsisçisi, cərrah Fərman Ceyranlı azadlığa buraxılıb.

Fərman Ceyranlı bu gün həbsdən azad edilib.

Qeyd edək ki, 2017-ci ilin mayında dələduzluq ittihamı ilə saxlanılmış Fərman Ceyranlı 2018-ci ildə Tbilisi Şəhər Məhkəməsinin qərarına əsasən 6 il müddətinə azadlıqdan məhrum edilib.

O, təsisçisi olduğu Lanset klinikasında qanunsuz ciyər transplantasiyası həyata keçirməkdə və pasientlərdən aldatma yolu ilə külli miqdarda pul əldə etməkdə ittiham olunub./APA

Həmçinin oxuyun

İlkin Süleymanov son söz dedi: “Polisə məlumat verəndə ağlıma gəlməzdi ki…”

İlkin Süleymanov Gəncə Ağır Cinayətlər Məhkəməsində son söz deyib. “Mən yanan meyiti görüb bu barədə polisə …