Cümə , Dekabr 4 2020
Ana səhifə / Kriminal / Fədayə Laçın məhkəməyə gətirildi – Bu gün azad oluna bilər

Fədayə Laçın məhkəməyə gətirildi – Bu gün azad oluna bilər

Bu gün Nəsimi rayon Məhkəməsində hakim Babək Pənahovun icraatında olan prosesdə “oğru”ların konvot nəzarətindən qaçmasına kömək etməkdə təqsirləndirilən müğənni Fədayə Laçının ev dustaqlığına buraxılması barədə vəsatətə baxılır.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, F. Laçın məhkəməyə gətirilib, özü də iclasda iştirak edir.

Hazırda proses başlayıb.

Baş Prokurorluğun məlumatına görə, oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı başlanan cinayət işi üzrə F.Məmmədova təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə F.Laçın barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Ə.Ağami Şirvan şəhərində həbs edilib, “Qoca”nın saxlanılması üçün keçirilən əməliyyat zamanı o, müqavimət göstərdiyi üçün öldürülərək zərərsizləşdirilib.

Həmçinin oxuyun

Müxtəlif xarici ölkələrin vətəndaşlarının muzd müqabilində Ermənistandan Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərinə keçirilməklə qanunsuz …