Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / “Exchange”lərdə dollar ucuzlaşdı: yoxlamalar var – FOTOLAR

“Exchange”lərdə dollar ucuzlaşdı: yoxlamalar var – FOTOLAR

Bayran günlərində paytaxtdakı valyuta dəyişmə məntəqələrində dolların bahalaşacağı gözlənilirdi. Buna səbəb Mərkəzi Bankın bayramla əlaqədar yanvarın 5-dək işləməməsidir. Düşünülürdü ki, bu, “qara bazar”da dolların süni şəkildə bahalaşmasına səbəb olacaq.

Lakin bu gözlənildiyi kimi olmayıb. Səbəb isə bayram günlərində “exchange”lərdə ciddi yoxlamaların aparılması olub.

Bu barədə məlumatı musavat.com-a Bakıda fəaliyyət göstərən valyuta dəyişmə məntəqələrində çalışan şəxslər verib. Məlumatda bildirilir ki, bayram günlərində dolların süni şəkildə bahalaşmaması üçün demək olar ki, hər gün reydlər keçirilib. Və valyuta dəyişmə məntəqələrində dolların bahalaşmaması ciddi nəzarətdə saxlanılıb.

Bayramdan əvvəl dekabrın 30-da Bakıda valyuta dəyişmə məntəqələrində 1 dollar 1.71-1.72 manata satılırdı. Lakin bu gün- yanvarın 3-ü valyuta dəyişmə məntəqələrində 1 dolar 1.68 manata satılır. Ən çox “exchange”in olduğu 28 May küçəsində də vəziyyət eynidir. Dolların alış qiyməti 1.60-1.62 manat, satışı qiyməti isə 1.68 manatdır.

Valyuta dəyişmə məntəqələrindən birinin əməkdaşı olan Rüfət adlı şəxsin sözlərinə görə, bayram günlərində dollara təlabat əvvəlki günlərdən çox aşağı olub. Əksər valyuta dəyişmə məntəqələri də bayrama görə işləməyib. Dollara təlabatın azalması və yoxlamalar da qiymətin aşağı düşməsinə səbəb olub.

Xatırladaq ki, dekabrın 21-dəki devalvasiyadan sonra Mərkəzi Bankın işləmədiyi şənbə və bazar günlərində dollar “qara bazar” da 2,05 manatadək süni şəkildə bahalaşmışdı. Yeni il bayramı ərəfəsində də belə olacağı gözlənirdi.

Qeyd edək ki, Mərkəzi Bank dekabrın 30-da yaydığı məlumatda bildirirdi ki, yanvarın 5-nə dollar 1.561 manat olacaq.






Həmçinin oxuyun

Vidadi Zeynalov 43 milyonluq əmlakını geri istəyir

“MTN işi”nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq …

Bir cavab yazın