Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / “Exchange”lər bağlanır – “Qara bazar” fəallaşır+Video

“Exchange”lər bağlanır – “Qara bazar” fəallaşır+Video

Səhər saatlarından etibarən Bakıda valyuta məntəqələrinin fəaliyyəti dayanıb. Bir çox məntəqəsinin qapıları bağlanıb, əksəriyyətində çölə vurulan məzənnə cədvəli də sökülüb.

“ Azinforum.az ” xezerxeber-ə istinadən xəbər verir ki, yaranan vəziyyətdən işbazlar məharətlə istifadə edirlər. Valyuta məntəqələri və avikassaların yanında növbə çəkənlər ehtiyacı olana baha qiymətə dollar satır və yaxud alırlar.

Süni şəkildə “qara bazar” formalaşdıranlar insanlarda ajiotaj da yaradırlar.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 222.1-ci maddəsinə əsasən valyuta sərvətlərinin ictimai yerlərdə alınıb-satılmasına və ya dəyişdirilməsinə görə inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 30 faizindən 70 faizinədək miqdarda cərimə tətbiq edilir.

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …

Bir cavab yazın