Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Kriminal / Evlənmək istədiyi müəlliməni qaçırıb zorladı – Məhkəmə

Evlənmək istədiyi müəlliməni qaçırıb zorladı – Məhkəmə

Ağsu rayonunun Nuran kəndində kimya müəlliməsini oğurlayıb zorlamaqda təqsirləndirilən qardaşlar – Bəhruz Dursunəli oğlu İsrəfilov və qardaşı Müşfiq Dursunəli oğlu İsrəfilov Ali Məhkəməyə kassasiya şikayəti veriblər.

Məhkəmə prosesi aprel ayının 22-də hakim Əli Seyfəliyevin sədrliyi ilə keçiriləcək. 

Belə ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə dəstə üzvləri – 1985-ci il təvəllüdlü İsrəfilov Bəhruz Dursunəli oğlu 13, onun qardaşı 1980-ci il təvəllüdlü İsrəfilov Müşfiq Dursunəli oğlu 12, dostu 1994-cü il təvəllüdlü Əsgərov Əmrah Əbulfət oğlu və sürücü İsgəndərov Eldəniz Bəbir oğlu isə səkkiz il müddətinə azadlıqdan məhrum edilib. Hadisə 2016-cı il aprelin 19-da səhər saatlarında Ağsu rayonunun Nuran kəndində baş verib. Təhsil Nazirliyinin təyinatla kəndə göndərdiyi 23 yaşlı X.X dərsə gələrkən kəndin ortasında qəfil maşın dayanıb və onu zorla avtomobilə mindirərək aparıblar. Aprelin 23-də isə oğlanların qohumları qızı gətirərək ailəsinə təhvil veriblər. Məlum olub ki, müəllimə evlənmək məqsədilə qaçırılıb. Nüydü kənd sakini Bəhruz İsrəfilov telefonla müəlliməni niyyətini bildirib və rədd cavabı alıb. Bundan sonra Bəhruz elçi belə göndərmədən qruplaşma yaradaraq müəllimi qaçırıb. Oğlanlar gənc müəlliməni əvvəlcə İsmayıllı, daha sonra isə Sabirabad rayonuna aparıblar. Onlardan üçü Cinayət Məcəlləsinin 144.2.3-cü “qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam oğurluğu”, müəllimlə evlənmək istəyən B.İsrəfilov isə 144.2.3-cü maddə ilə yanaşı, məcəllənin 149.2.4-cü (xüsusi amansızlıqla zorlama), 149.2.5-ci (təkrar zorlama), 150.2.4-cü (xüsusi amansızlıqla seksual xarakterli digər zorakılıq hərəkətləri) və 150.2.5-ci (təkrar seksual xarakterli digər zorakılıq hərəkətləri) maddələri ilə təqsirli bilinib. 

Xatırladaq ki, oğurlanan və cinsi təcavüzə məruz qalan müəllimə həmin vaxt işini itirib. Məlum olaydan sonra həmin kənddə işləmək istəməyən müəllimə Təhsil Nazirliyinə iş yerinin dəyişdirilməsi ilə bağlı müraciət edib. O, başqa məktəblərdə də ixtisaslı kimya müəlliminə ehtiyac olduğunu, imtahanla müəllimliyə qəbul edildiyini xatırladaraq nazirlikdən doğulduğu rayonda və yaxud paytaxtda işlə təmin edilməsini xahiş edib. Lakin nazirlik gənc müəllimin istəyini təmin etməyib. Təcavüzə məruz qalmış müəllimin ailəsi daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbəri Hicran Hüseynovaya müraciət edib. Hicran Hüseynovanın köməyi ilə o, regionlardakı mərkəzlərdən birində müvəqqəti işlə təmin edilib. 

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …