Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Evi yandırıb sonra intihar etdi – Samuxda dəhşətli hadisə

Evi yandırıb sonra intihar etdi – Samuxda dəhşətli hadisə

Samuxda yaşayış evində yanğın olub.

“Qafqazinfo”nun verdiyi məlumata görə, hadisə rayon mərkəzində qeydə alınıb. Yaşayış evində baş verən yanğını söndürmək üçün əraziyə iki yanğın söndürmə avtomobili cəlb olunub. Baxış zamanı evdən ev sahibi 1972-ci il təvəllüdlü Hüseynov Habil Maarif oğlunun boğazında kəndir olan yerə sərilmiş meyiti aşkarlanıb. Onun evi yandırıb sonra intihar etdiyi bildirilir.  H.Hüseynov həyat yoldaşından boşanıb evdə tək yaşayırmış.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Özünü ölmüş kimi təqdim edən MTK direktoruna hökm oxundu

Dələduzluqda təqsirləndirilən MTK direktoru Rafət Qəniyevə hökm oxunub. Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin …