Cümə axşamı , May 23 2024
Ana səhifə / Kriminal / Ev dustaqlığında olan vəzifəli şəxs həbs edildi

Ev dustaqlığında olan vəzifəli şəxs həbs edildi

Xəbər verdiyimiz kimi,“Gəncə Şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsin vəzifəli şəxsləri Vidadi Hüseynov, Məhəbbət Abdullayev və digərlərinin qanunsuz əməlləri ilə əlaqədar həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işinin istintaqı aparılır.

Bu barədə Azinforum.az – a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, iş üzrə Məhəbbət Abdullayev və Vidadi Hüseynov təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilib, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatına baxan məhkəmənin qərarı ilə hər iki şəxs barəsində ev dustaqlığı növündə qətimkan tədbiri seçilib.

Məhəbbət Abdullayev barəsində seçilmiş ev dustaqlığının həbslə əvəz edilməsinə dair ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən müvafiq qərardan verilmiş apellyasiya protesti Bakı Apellyasiya Məhkəməsi tərəfindən təmin olunub və təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı həbs qətimkan tədbiri ilə əvəz edilib.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

Həmçinin oxuyun

Nəcməddin Sadıkov bu dəfə məhkəməyə gətirilə bilər

Hüquqşünas bildirib ki, həbsdəkilərin generalla bağlı səsləndirdiyi ittihamlar mütləq araşdırılmalıdır  Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş …