Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / Evə basqın edən 26 yaşlı gənc: “Öldürdüyüm qadın sevgilim yox, həyat yoldaşım idi”

Evə basqın edən 26 yaşlı gənc: “Öldürdüyüm qadın sevgilim yox, həyat yoldaşım idi”

Əvvəllər münasibətdə olduğu qadını öldürməkdə və daha iki şəxsi bıçaqlamaqda təqsirləndirilən Sənan Məmmədovun məhkəməsi başlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda evə basqın edərək bir nəfəri qətlə yetirib, 2 nəfərə xəsarət yetirməkdə təqsirləndirilən Sənan Məmmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirlən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, S.Məmmədov subaydır, orta məktəbə getməyib.

Təqsirləndirilən S.Məmmədov ibtidai istintaq dövründə cinayət işinə ədalətli baxılmadığından gileylənib.

O, qətlə yetirdiyi qadının həyat yoldaşı olduğunu deyib: “Cinayət işində qeyd edilib ki, guya həmin qadın sevgilimdir. Cinayət işimin ibtidai istintaqa qaytarılmasını və orada yenidən araşdırılmasını istəyirəm”.

Vəsatət təmin edilməyib və proses oktyabrın 31-nə təyin edilib.

Bildirək ki, hadisə bu il iyunun 23-də gecə saatlarında baş verib.

Yasamal rayonu, İbrahim Əbilov 60 ünvanında (keçmiş “Sovetski”) 1967-ci il təvəllüdlü Həsənova Mətanət Ağamalı qızına məxsus evdə kirayə qalan 1989-cu il təvəllüdlü Əliyeva Mahirə Tofiq qızının keçmişdə münasibətdə olduğu S.Məmmədov 3 nəfərlə birlikdə həmin evə gəlib.

Məlumata görə, S.Məmmədov və M.Əliyeva arasında şəxsi zəmində yaranmış münaqişəyə ev sahibəsi və onun oğlu 1991-ci il təvəllüdlü Həsənov Laçın Gülbala oğlu müdaxilə etmək istəyiblər.

S.Məmmədov əvvəlcə ev sahiblərinə, daha sonra M.Əliyevaya bıçaq xəsarətləri yetirib.

Yaralılar 1 saylı kliniki tibbi mərkəzə yerləşdiriliblər. Onlardan M.Əliyeva xəstəxanada ölüb.

Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən 1991-ci il təvəllüdlü S.Məmmədov saxlanılıb.

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …