Bazar ertəsi , Aprel 22 2024
Ana səhifə / Kriminal / Əvəz Zeynallı hökmdən apellyasiya şikayəti verdi

Əvəz Zeynallı hökmdən apellyasiya şikayəti verdi

“Xural” internet telekanalının həbsdə olan rəhbəri Əvəz Zeynallı barəsində olan hökmdən apellyasiya şikayəti verib.
Bu barədə “Report”a onun vəkili Rəşad Əliyev məlumat verib.
O bildirib ki, şikayət Bakı Apellyasiya Məhkəməsinə təqdim edilib və Ə.Zeynallı barəsində bəraət hökmünün çıxarılmasını istəyir.
Xatırladaq ki, Əvəz Zeynallı Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarına əsasən 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Əvəz Zeynallı Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan şəxslər tərəfindən dələduzluq törətmək), 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə), 311.3.3-cü (rüşvət alma- təkrar və külli miqdarda törədildikdə), 311.3.4-cü (ağırlaşdırıcı hallarda rüşvət alma), 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə – nüfuz alveri) və digər maddələri ilə ittiham irəli sürülüb.

Həmçinin oxuyun

Bakıda azyaşlıya qarşı əxlaqsızlıq edən şəxs kameralara düşdü – Video

Bakının Nərimanov rayonunda azyaşlıya qarşı əxlaqsızlıq edən şəxs kameralara düşüb. Bu barədə görüntülər sosial şəbəkələrdə …