Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Kriminal / “EuroHome”dakı yanğında xəsarət alanlar var – YENİLƏNİB 2

“EuroHome”dakı yanğında xəsarət alanlar var – YENİLƏNİB 2

Səhiyyə Nazirliyi “EuroHome” tikinti materialları bazarında baş verən yanğınla bağlı yeni məlumat yayıb.

Nazirlikdən Unikal.org-a bildirilib ki, hadisə yerinə artıq 5 briqada cəlb olunub.

Saat 09:50-yə olan məlumata görə, 2 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib.

***09:31

Səhiyyə Nazirliyi Bakı-Sumqayıt yolunda “Ekologiya postu” kimi tanınan ərazinin yaxınlığında olan tikinti materialları bazarında olan yanğınla bağlı son vəziyyəti açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən Unikal.org-a  verilən məlumata görə, hadisə yerinə çağırış saat 08:18-də daxil olub:

“Hadisə yerinə 4 Təcili Tibbi Yardım briqadası yollanıb. Saat 09:15 üçün Təcili Tibbi yardım briqadalarına bir nəfər sahibkar müraciət edib. Ona yerində yardım göstərilib”.

Həmçinin oxuyun

Göyçayda qız anasını boğaraq ÖLDÜRDÜ

Göyçayda qız anasını boğaraq öldürüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən xəbərə görə, oktyabrın 12-də …