Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Etimad İsmayılovun qətli: şahid Karina Süleymanova ifadə verdi – “…mübahisə etdiklərinin şahidi olmamışam”

Etimad İsmayılovun qətli: şahid Karina Süleymanova ifadə verdi – “…mübahisə etdiklərinin şahidi olmamışam”

İstanbulun Bakırköyü 22-ci Ağır Cinayətlər Məhkəməsində azərbaycanlı iş adamı, keçmiş baş prokuror İlyas İsmayılovun oğlu Etimad İsmayılovun qətli işi üzrə növbəti məhkəmə dinləmələri keçirilib.

Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, E.İsmayılovu qətlə yetirən keçmiş polis rəisi Gözəl Dəmirov bir daha bu qətli “əvvəlcədən planlaşdırmadığını” bildirib.

Məhkəmədə İlyas İsmayılov və tərəflərin vəkilləri, o cümlədən Gözəl Dəmirovun sürücüsü Barış Aslan da iştirak edib.

Şahid qismində Etimad İsmayllovun ofisində işləyən Karina Süleymanova dindirilib. O, bildirib ki, həmin gün axşam ofisdən çıxıb evə getməyə hazırlaşırdı. Bu vaxt otaqdan atəş səsləri eşidib. “3 dəfə atəş açıldığını eşitdim. Şübhəli Gözəli qapıdan çıxan gördüm. Etimad İsmayılovla bu hadisədən 2 il əvvəl tanış olmuşdum, bundan bir ay sonra isə Gözəli onun vasitəsilə tanımışam. Onların arasında iş məsələsi ilə bağlı ortaqlıq vardı. Aralarında əvvəllər mübahisə etdiklərinin şahidi olmamışam”,-şahid bildirib.

Gözəl Dəmirov isə bir daha bildirib ki, ofisə E.İsmayılovu öldürmək üçün getməmişdi. “Polis rəisi olmuşam, daxili işlər orqanlarında xüsusi idarəyə rəhbərlik etmişəm. Mən istəsəm onu başqa vaxt. başqa adamlar tərəfindən öldürtdürə bilərdim. Onu öldürmək niyyətim yox idi”,-Dəmirov məhkəmədə deyib.

Bu qətl hadisəsi ötən il baş verib. G.Dəmirovla E.İsmayılov arasında biznes ortaqlığı və pul üstündə münaqişə yaranıb. Nəticədə Dəmirov silahını götürərək İsmayılovun ofisinə gedib və orada baş verən mübahisə zamanı ortağına atəş açıb.

Həmçinin oxuyun

Həbsdəki başçı yarım milyonluq zərərin bir hissəni ödədi, amma…

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Natiq Əliyevin sədrliyi ilə Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun …