Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Kriminal / Erməni “avtoritet”i doğrayaraq öldürən 3 bacı həbs edildi

Erməni “avtoritet”i doğrayaraq öldürən 3 bacı həbs edildi

Moskva məhkəməsi 57 yaşlı atalarını öldürən hər üç bacının həbsinə dair qərar qəbul edib.

Oxu.Az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə məhkəmənin mətbaut katibi Anna Selivanova bildirib.

Onun sözlərinə əsasən, Kristina Xaçaturyan sentyabrın 28-nə qədər həbs edilib.

Məhkəmə iclası jurnalistlər üçün qapalı rejimdə keçirilib.

Daha öncə məhkəmə 18 yaşlı Angelina Xaçaturyanın həbsinə dair qərar qəbul etmişdi.

Bacılar istintaq zamanı atalarını qətlə yetirdiklərini etiraf ediblər və bildiriblər ki, o, uzun müddət onlara mənəvi əzab verib.

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …