Şənbə , Oktyabr 16 2021
Ana səhifə / Kriminal / Ermənistanı beynəlxalq məhkəmədə nə gözləyir? – VİDEO

Ermənistanı beynəlxalq məhkəmədə nə gözləyir? – VİDEO

Azərbaycan irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında beynəlxalq konvensiyanı pozduğuna görə Ermənistana qarşı Beynəlxalq Ədalət Məhkəməsində iddia qaldırıb. İddiada bildirilib ki, Ermənistan milli və etnik mənşəyinə görə azərbaycanlılara qarşı silsilə ayrıseçkilik hərəkətləri görüb və görməyə davam edir. Ermənistanı beynəlxalq məhkəmədə nə gözləyir?

Azərbaycan İrqi Ayrıseçkiliyin Aradan Qaldırılması ilə bağlı Beynəlxalq Konvensiyanın  tətbiqi və təfsiri ilə əlaqədar Ermənistana qarşı Beynəlxalq Ədalət Məhkəməsində iş qaldırıb.

Bu barədə Beynəlxalq Ədalət Məhkəməsi məlumat yayıb.

Bildirilir ki, Ermənistan birbaşa və dolayı yollarla etnik təmizləmə siyasətini həyata keçirir, irqçi təbliğat apararaq  azərbaycanlılara qarşı nifrəti və etnik zorakılığı qızışdırır və bu, həmçinin hökumətin ən yüksək səviyyələrində aparılır.

Hüquq elmləri doktoru Əmir Əliyevin sözlərinə görə, bu siyasi yox hüquqi xarakter daşıyır. Ermənistanın irqi və etnik mənsubiyyətə görə azərbaycanlılara qarşı diskriminasiya həyata keçirməsi barədə Azərbaycanın əlində kifayət qədər faktlar var. Bu 1987-88-ci illərdən başlayan prosesdir. 250 minə yaxın azərbycanlı həmin illərdə Ermənistandan deportasiya edilib. Bu gün Azərbaycanda 10 minlərlə erməni yaşadığı halda, Ermənistanda bir nəfər də olsun azərbaycanlı yaşamır.Azərbaycanlılar 2020-ci ilin payızında başlayan hərbi əməliyyatlar zamanı da bu siyasətin hədəfi olub.

Əmir Əliyev onu da qeyd edib ki, tərəflərin Azərbaycanın iddialarını həll etmək üçün danışıqlar aparmaq cəhdləri son on ayda çıxılmaz vəziyyətə düşüb. Buna görə də Azərbaycan məhkəməni Ermənistanı bu məsələdə cavabdeh tutmağa çağırır.

Həmçinin oxuyun

Caduya görə 4 min alan “falçı” saxlanıldı

Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bir nəfər rayon sakinini fala baxmaq …