Şənbə , Yanvar 22 2022
Ana səhifə / Kriminal / Ermənistanda rus generalın qızının meyiti tapıldı

Ermənistanda rus generalın qızının meyiti tapıldı

Bu gün axşam saatlarında Ermənstanın paytaxtı Yerevanda 40 yaşlı qadın meyiti tapılıb.

“Qafqazinfo” erməni KİV-lərinə istinadən xəbər verir ki, hadisə Kanaker-Zeytun rayonu ərazisində baş verib.

Jurnalist Qaqik Şamşyan iddiasına görə, David Anaxt küçəsində evlərindən birinin eyvanında tapılan qadın meyiti Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin general-leytenantının qızına məxsusdur. Lakin nə qadının, nə də atasının adı açıqlanmır.

Bundan başqa, meyitin yanında tapança da aşkarlanıb. Məlumata görə, həmin tapança atasının qızına hədiyyəsi olub.

Qadının intihar etdiyi və ya qətlə yetirildiyi araşdırılır.

Həmçinin oxuyun

Tağı Əhmədovdan sələmə 2 milyon pul götürən sabiq polis həbs edildi

AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktor müavini, professor Soltan Əliyevə qarşı dələduzluqda ittiham olunan, məhkəmə …