Bazar ertəsi , Aprel 22 2019
Ana səhifə / Kriminal / Ermənistanda hərbi təyyarə qəzaya düşdü – 2 pilot öldü +Yenilənib

Ermənistanda hərbi təyyarə qəzaya düşdü – 2 pilot öldü +Yenilənib

Ermənistanda təlim zamanı Su-25 hücum təyyarəsi yoxa çıxıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Təyyarə Gümrü aeroportundan uçuş həyata keçirib. Hazırda axtarış-xilasetmə işləri aparılır.

Nazirliyin məlumatına görə, ekipaj iki nəfərdən ibarət olub.

***

Gümrü səmasında yoxa çıxan qırıcı təyyarənin qalıqları aşkarlanıb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovannisyan feysbuk hesabında yazıb.

O bildirib ki, qəzada pilotlar – polkovnik leytenant Armen Babayan və mayor Movses Manukyan dünyasını dəyişib.

 

 

Həmçinin oxuyun

Bakıda qız oğlan dostunu evə gətirdi, qapını FHN açdı – VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 və Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə müraciət edən bir …