Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Kriminal / Erməni generalın arvadı da tutuldu

Erməni generalın arvadı da tutuldu

Ermənistanda hüquq-mühafizə orqanları Azərbaycanın Cəbrayıl və Füzuli rayonlarını işğal etmiş, Xocalı soyqırımının törədilməsində əli olan general Manvel Qriqoryanın həyat yoldaşı Nazik Əmiryanı həbs edib.

“Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, Nazik qanunsuz silah tədarükü və saxlanılmasında ittiham olunur. Onun həbsi ilə bağlı qərar bir neçə gün əvvəl elan edilsə də, generalın arvadı dünən axşam ələ keçirilib.

Qeyd edək ki, azərbaycanlı əsirlərə qarşı xüsusi amansızlığı ilə seçilən Manvel Qriqoryan bu yaxınlarda Dilqəm Əskərov və Şahbaz Quliyevin güllələnməsi təklifini də irəli sürmüşdü.

 

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …