Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Kriminal / Emiqrasiyanın lideri: “Kiyevdə müxalifətçini yox, dələduzu saxlamışdılar”

Emiqrasiyanın lideri: “Kiyevdə müxalifətçini yox, dələduzu saxlamışdılar”

“Fikrət Hüseynli kimi dələduzları jurnalist adlandırmaq və xüsusən Əfqan Muxtarlı ilə müqayisə etmək olmaz “.

Virtualaz.org bildirir ki, bunu “Feysbuk” sosial şəbəkəsindəki səhifəsində gözdən düşmüş Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru, siyasi emiqrasiyanın liderlərindən biri, Azərbaycan hökuməti ilə mübarizə aparan Elşad Abdullayev yazıb. Sabiq rektor Azərbaycan hakimiyyətinin ünvanına müntəzəm tənqidlərlə çıxış edir və Fransa hökumətindən siyasi mühacir statusu alıb.

Elşad Abdullayev qeyd edib ki, hər iki jurnalisti qardaşı Mahir Abdullayevin itkin düşməsi işinə görə tanıyır.

“Fırıldaqçı və miqrant alverçisi Fikrət Hüseynli həmişə müxalifətçi pərdəsi adı altında Azərbaycanda adam ogurlugu ilə məşgul olan mütəşəkkil cinayətkar şəbəkənin yanında olub… Biz hesab edirdik ki, Fikrət Hüseynli Avropaya mühacirat edəndən sonra yəqin ki, Bakıdakı pis vərdişlərindən əl çəkər. Lakin Avropadakı müşahidələrimizdən bizə bəlli oldu ki, o, Bakıdakı pis əməllərindən nəinki əl çəkməyib, əksinə daha sosial təhlükəli cinayətlər edir”, – deyə sabiq rektor bildirib.

E.Abdullayev yazıb ki, F.Hüseynli jurnalist deyil və onun hakimiyyət əleyhinə bir dənə də olsun yazısı yoxdur.

“Avropada onun jurnalistika ilə məşğul olmasına nə mane olur? Qoy Fikrət Hüseynli öz jurnalist etikasını və əxlaqını göstərsin. Hanı onun məqalələri, araşdırmaları? Facebook-da oturub pəhləvanlıq edir, tanımadıgı adamlara qara yaxır… biz bu adamdan qarayaxmadan və reketçilikdən başqa heç bir şey görmədik”, – E.Abdullayev vurğulayıb.

Elşad Abdullayev Avropa Şurası Parlament Assambleyasının kuluarlarında

Keçmiş rektor Fikrət Hüseynlini bədnam Dövlət Təhlükəsizliyi Komitəsinə işləməkdə və “demokratik cəmiyyəti” parçalamağa cəhddə də ittiham edib: “Biz onun cinayət əməlləri barəsində himayədarlarına dəfələrlə xəbərdarlıq etmişik. Fikrət Hüseynli kimi natəmiz şəxslərə bizim aramızda yer yoxdur” .

Xatırladaq ki, oktyabrın 14-də Ukrayna Dövlət Sərhəd Xidmətinin əməkdaşları Borispol beynəlxalq aerportunda Azərbaycanın sorğusuna əsasən beynəlxalq axtarışda olan, hazırda Niderland vətəndaşlığı daşıyan Fikrət Hüseynlini Kiyev-Düsseldrof reysinə qeydiyyat zamanı saxlamışdılar.

Fikrət Hüseynli Cinayət Məcəlləsinin 178 (dələduzluq) və 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.

Onu da qeyd edək ki, F.Hüseynli emiqrasiyasına qədər Xalq Cəbhəsi Partiyasının fəallarından biri və müxalif “Azadlıq” qəzetinin şərhçisi olub.

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …