Ana səhifə / Kriminal / “Emin Naxçıvanski”nin “Qardaşoğlu” ləqəbli qardaşı İstanbulda güllələndi

“Emin Naxçıvanski”nin “Qardaşoğlu” ləqəbli qardaşı İstanbulda güllələndi

Bu gün İstanbulda əslən Şərur rayonundan olan kriminal avtoritet, “Qardaşoğlu” ləqəbilə tanınan Elnur Qasımov güllələnib.

Azinforum.az “Azpolitika”ya istinadən xəbər verir ki, Rövşən Lənkəranskinin klanına daxil olan “Qardaşoğlu” ağır yaralıdır, İstanbul klinikalarından birinə yerləşdirilib. 

“Qardaşoğlu” ilə hesablaşmanın motivi məlum deyil. 

Qeyd edək ki, E.Qasımovun qardaşı Emin də kriminal aləmin tanınmış simalarından biridir. “Emin Naxçıvanski” kimi tanınan E.Qasımov dəfələrlə həbsdə olub, sonuncu dəfə bu yaxınlarda həbsdən buraxılıb.

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …