Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Kriminal / “Emin Naxçıvanski” azadlığa çıxır

“Emin Naxçıvanski” azadlığa çıxır

“Emin Naxçıvanski”nin cəzası azaldıldı. Bir neçə ay sonra azalığa çıxacaq.

Musavat.com xəbər verir ki, qanunsuz silah saxlamaqda təqsirləndirilən Emin Qasımovun apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb. O, kriminal aləmdə “Emin Naxçıvanski” kimi tanınır.

Nərimanov rayon məhkəməsinin hökmü ilə 2 il azadlıqdan məhrum edilən “Emin Naxçıvanski” cəzadan narazı qalıb. O, Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Hakimlər kollegiyasının hökmünə əsasən, Emin Qasımovun cəzası 2 ildən 1 ilə azaldılıb.

Qeyd edək ki, Emin Qasımov Cinayət Məcəlləsinin 228-ci (soyuq silah saxlamaqda) təqsirli bilinib. Nərimanov rayon Məhkəməsinin hökmü ilə 2 il müddətə azadlıqdan məhrum edilib.

Bildirək ki, Emin Qasımov dəfələrlə məhkum edilib. Onun qanuni oğru, mərhum Rövşən Lənkəranskinin yaxın silahdaşı “Hacı Beyləqanski” ilə yaxın münasibətdə olduğu bildirilib.

Emin Qasımovun qardaşı Elnur Qasımov da kriminal aləmdə “qardaşoğlu” ləqəbi ilə tanınır. O da bir müddət əvvəl azadlığa çıxıb.

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …