Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Kriminal / Emin Məmmədov devalvasiyadan nə qədər qazandı? – “Ekspress Bank” bağlanır

Emin Məmmədov devalvasiyadan nə qədər qazandı? – “Ekspress Bank” bağlanır

Mərkəzi Bank tərəfindən bağlanacaq banklardan biri də böyük ehtimalla “Ekspress Bank” olacaq. Azinforum.az ajantv-yə istinadən xəbər verir ki, buna səbəb bank rəhbərliyinin Mərkəzi Bankın tələblərini yerinə yetirməməsi və rəhbərliyin öz adına böyük məbləğdə kredit götürməsidir.
Belə ki, kredit verilməsini məcburən dayandıran “Ekspress Bank” rəhbərliyi son devalvasiyadan sonra itkilərini kompensasiya edə bilmir. Əsasən manatla kredit verməyə üstünlük verən “Ekspress Bank” ən çox ziyana düşən qurum olub. Bu da bankın səhmdarlarını qane etməyib.
Bankda aparılan yoxlamalar zamanı İdarə Heyətinin sədri Emin Məmmədovun dekabrın 21-dən – ikinci devalvasiyadan əvvəl özünün və yaxınlarının adına 2.5 milyon manat kredit götürdüyü məlum olub. İlkin ehtimallara görə, Emin Məmmədov bu vəsaiti dollara çevirərək, ölkədən çıxarıb.
Qeyd edək ki, Mərkəzi Bankının “Banklara aidiyyati olan şəxslərlə əməliyyatların aparilması qaydaları”na əsasən banka aidiyyəti olan şəxslərə verilən kreditlərin ümumi məbləği bankın məcmu kapitalının 3%, aidiyyatı olan şəxslərin birgə kreditlərin məbləği isə 20% artıq olmalı deyil. Lakin “Express Bank” bu tələblərə riayyət etməyərək, böyük həcmdə manat kreditləri verib.
Bankın əsas səhmdarları olan şirkət (Azərenerji) tərəfindən enerji sahəsinə “Azerenerji”nin və ayrı-ayrı şirkətlərin adına ümumillikdə 130 milyon manatdan artıq kredit verilib və həmin məbləğin böyük bir hissəsi geri qaytarılmayıb.
Göstərilənlər Mərkəzi Bankının tələblərinin Emin Məmmədovun rəhbərlik etdiyi bank tərəfindən pozulmasının sübutudur. Bankın likvidlik əmsalı həddindən artıq aşağı düşüb. Məlumata görə, “Ekspress Bank”da maliyyə vəziyyəti o həddədir ki, əmanətlərə belə faiz verə bilmir.
Mərkəzi Bankın yaxın günlərdə “Ekspress Bank”ın lisenziyasının da ləğv edəcəyi gözlənilir. Böyük ehtimalla fevralın ikinci ongünlüyündə “Ekspress Bank”la bağlı da müvafiq qərar veriləcək.
Yeri gəlmişkən, “Ekspress Bank” başqa rəqibləri ilə müqayisədə ən zəif kadr potensialına malik bank kimi də xarakterizə olunur. Bankın rəhbərliyində elə şəxslər vəzifə tutur ki, bankçılıq sahəsindən ümumiyyətlə anlayışı yoxdur.

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …

Bir cavab yazın