Cümə axşamı , May 23 2019
Ana səhifə / Kriminal / “Emin 444″lə davada bıçaqlanan digər şəxs kikboksçunun atasıdır

“Emin 444″lə davada bıçaqlanan digər şəxs kikboksçunun atasıdır

Bu ilin may ayının 10-da Bakının Binəqədi rayonunda baş verən dava zamanı kriminal aləmdə “Emin 444” ləqəbi ilə tanınan Səfərov Emin Ehtiram oğlu qətlə yetirilərkən, həmçinin 1958-ci il təvəllüdlü Yusifov Əli Məhəmməd oğlu bıçaq xəsarətləri alması ilə bağlı məlumat vermişdik. 

Unikal.org-a daxil olan məlumata görə, davada bıçaq yarası alan Yusifov Əli Məhəmməd oğlu Emin Ehtiram oğlu Səfərovun qətlində adı sifarişçi kimi keçən kikboks üzrə dünya çempionu Zaur Yusifovun atasıdır. 

Hadisədən dərhal sonra döş qəfəsinin sol tərəfindən bıçaq xəsarəti alan Əli Yusifov 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib və bu tibb mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilmişdi.
Cərrahi əməliyyat olunduqdan sonara  həkimlərin israrına baxmayaraq o, xəstəxanada qalıb müalicə almaqdan imtina etmişdi. Amma onun sonradan özəl  xəstəxanaların birinə yerləşdirildiyi bildirilir.

Unikal.org-a baş verən hadisə ilə bağlı daha bir məlumat daxil olub.

Belə ki, Emin Səfərovla Zaur Yusifov qonşu olublar və onlar arasında əvvəldən münaqişə yaranıb. 

Hadisədən xəbərdar olan Zaurun atası Əli Yusifov övladı ilə Emini görüşdürüb, barışdırmaq qərarına gəlib. Amma, tərəflər arasında baş tutan görüş sözügedən qanlı olayla bitib.

Həmçinin oxuyun

Bakıda eyni mənzili bir neçə nəfərə satan şirkət rəhbərlərinə hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənzili bir neçə nəfərə satan “İdeal-V” tikinti şirkətinin direktoru …