Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Kriminal / Elton yol polisinin maşını ilə toqquşdu – Foto + Yenilənib

Elton yol polisinin maşını ilə toqquşdu – Foto + Yenilənib

Müğənni Elton Hüseynəliyev qəzaya düşüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə bu dəqiqələrdə Bibiheybət yolunda baş verib.

Sənətçinin həyat yoldaşı Tamilla xanım “Qafqazinfo”ya hadisəni təsdiqləyib. Bildirib ki, hazırda yoldadır, xəstəxanaya gedir:

“Özü ilə danışmışam, 1 saylı Şəhər Kliniki Xəstəxanasındadır. Vəziyyəti kafidir.

Ancaq qəzanın necə baş verməsi, hazırda səhhətinin tam necə olması ilə bağlı məlumatım yoxdur”.

***

Avtosfer.az-ın məlumatına görə, müğənni Elton Hüseynəliyev idarə etdiyi 90 DD 044 dövlət nömrə nişanlı, “İnfiniti” markalı avtomobillə Səbail rayon yol-patrul xidmətinin 99 YP 253 dövlət nömrə nişanlı xidməti maşınına çırpılıb.

Həmçinin oxuyun

“Hər ay 2300 maaş, 15 min manat paket alırdım” – Sabiq nazirdən ETİRAF

Naxçıvan Muxtar Respublikasının keçmiş maliyyə naziri Rafael Əliyev və Dövlət Gömrük Komitəsinin tariflərin tənzimlənməsi və …