Cümə , Oktyabr 18 2019
Ana səhifə / Kriminal / Elmar Vəliyevi güllələyənin adı məlum oldu

Elmar Vəliyevi güllələyənin adı məlum oldu

Gəncənin icra başçısı Elmar Vəliyevə silahlı hücumun təfərrüatı məlum olub.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, hadisə bu gün axşam saatlarında Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında qeydə alınıb. E. Vəliyevə tapançadan atəş açan şəxsin axtarışda olan Yunis Səfərov olduğu bildirilir.

Həmin şəxs saxlanılıb və hadisə yerindən 3 ədəd giliz götürülüb.

FaktLa bağlı Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və daha artıq şəxsi öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah gəzdirmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.

Həmçinin oxuyun

Azərbaycanda 15 yaşlı qıza təcavüz edildi, valideyinləri… – Təfərrüatlar

Ağdaş rayonunda yetkinlik yaşına çatmayan qıza təcavüz etməkdə təqsirli bilinən şəxsə cinayət işi açılıb. Ağdaş …