Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / “Elman Rüstəmov bu məlumatları hamıdan gizlədir…” – TƏHLİL

“Elman Rüstəmov bu məlumatları hamıdan gizlədir…” – TƏHLİL

Azərbaycanda bank sistemini daima tənqid edən deputat Vahid Əhmədov növbəti açıqlamaları ilə gündəmə gəlib. O, bildirib ki, bu ilin sonuna qədər 100 dollar 180 AZN olacaq. Yəni dolların hazırkı 1.53 kursu 170-180 ə qədər bahalaşacaq.

Deputat bildirib ki, Mərkəzi Bank hazırda manatın yumuşaq formada devalvasiyasını həyata keçirir. Vahid Əhmədəv manatın kursunun süni şəkildə saxlamağa ehtiyac olmadığını deyib.

Vahid Əhmədov Milli Məclisin İqtisadi Məsələlər Üzrə komitəsinin üzvüdür. Bir çox insan ona fikirlərini açıq formada bildirdiyinə görə hörmətlə yanaşır. Azərbaycanda çox az deputat tapılar ki, insanlar onun sözlərini ciddi qəbul eləsin. O, bu hörməti öz prinsipiallığı ilə qazanıb. Vahid Əhmədov sözləri havayı yerə deməyib. O, ilin sonuna qədər manatın qiymətdən düşə biləcəyini ehtimal edərək belə fikirlər səsləndirib.

Vahid Əhmədov xüsusi qeyd edib ki, Mərkəzi Bank yumşaq devalvasiyaya davam etsə bu proseslər baş verəcək. Amma nədənsə heç kim onun bu deyiminə fikir vermir. Ya jurnalistlər deputatın sözlərini hiyləgər formada mətndə gizlədiblər, yaxud da əhali vacib məsələlərə birmənalı cavab axtarır. İstənilən halda onun bu sözləri təcrübəli iqtsadçıların belə nəzərindən qaçıb.

Bu sözləri Vahid Əhmədov yox, başqa adam söyləsəydi yəqin ki, bu qədər müzakirələr yaranmazdı. Amma deputata inanırlar və onun sözlərinə dəyər verirlər. Vahid Əhmədov və digər dövlət rəsmiləri belə məsələlər zamanı ehtiyyatlı açıqlamalar verməlidilər. Düzdür, manat gec-tez özünün bazar qiymətinə düşəcək. Bu nə vaxt olacaq? İlin sonu yaxud da başqa bir vaxt bunu söyləmək hələ ki, çətindir. Biz də istəyirik ki, bu hal gec-tez baş versin. Biz də Vahid Əhmədovla razıyıq. Manatın kursunu süni formada saxlamaq mənasızdır.

Biz demirik ki, Əhmədova güvənməyək. Bunun üçün daha ciddi müşahidələr aparılmalıdır. 2 həftəlik müşahidə belə açıqlamalar verməyə kifayət deyil. Biz Vahid Əhmədovun dedikləri ilə prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Natiq Əmirovun dediklərini müqayisə etdik. N.Əmirovun sözlərinə görə, hazırda bazarda sabitlikdir, manat öz fundamental dəyərini qoruyub saxlaya bilib. Natiq Əmirovun fikrinə bir də qayıdaq. O, bildirir ki, manat fundamental dəyərini qoruyub. Bizim Əmirova inanmamaq üçün heç bir səbəbimiz yoxdur. Yay fəsli ilə əlaqədar olaraq çox insanlar istirahətə gedib. İstirahətə gedənlər xarici valyutadan istifadə edib. Nəticədə də Dollar və Avronun qiymətində bahalaşma müşahidə olunur.

Təəssüflər olsun ki, bizim mülahizələr də tutarlı deyil. Çünki bizim əlimizdə lazımlı bank statistikaları yoxdur. Mərkəzi Bank əslində mütəmadi, şəffaf hesabatlar yaymalıdır. Amma illər ötsə də Mərkəzi Bank ayda bir dəfə statistik hesabatlar yayır. Xərclər barədə hesabatlardan danışmaq isə utancvericidir. Belə hesabatlar kvartalın sonunda yayılır. Halbuki qonşu Rusiyada bu hesabat hər gün yayılır. Bəzi hesabatlar, birja nəticələri isə gün ərzində 2 dəfə yayılır. Hesabatlar barədə informasiya olmadığına görə, manatın dəqiq kursu barədə mülahizələr yürütmək çox çətin olur. Biz Natiq Əmirovun, Vahid Əhmədoun fikirlərinə nə qədər hörmət etsək belə, onların fikirlərinə tam şəkildə inana bilmərik. Çünki Mərkəzi Bankın sədri Elman Rüstəmov bu məlumatları hamıdan gizlədir. O, hesabatları yaysa ekspertlər öz mülahizələrini bildirər, diskusiyalar, dəyərmi masalar təşkil etmək olar. Hansı ki, bizi həqiqətə daha da yaxınlaşdırardı. Amma E. Rüstəmov bunu istəmir, bəlkə də o, bunu istəməməklə haqlıdır. Xalq həqiqəti niyə bilsin ki, əgər həqiqəti E.Rüstəmov bilirsə? Qoy ekspertlər dolların məğlubedilməz olduğunu deyib xalqı qorxutsunlar. Xalq qoy Elman Rüstəmovu dinləsin, düzdü o, az danışır. Çünki öz sözünün dəyərini bilir. Haqqin.az

Həmçinin oxuyun

Özünü ölmüş kimi təqdim edən MTK direktoruna hökm oxundu

Dələduzluqda təqsirləndirilən MTK direktoru Rafət Qəniyevə hökm oxunub. Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin …

Bir cavab yazın