Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Elektron qolbaqların geniş tətbiqinə dair tapşırıqlar verilib

Elektron qolbaqların geniş tətbiqinə dair tapşırıqlar verilib

Ədliyyə Nazirliyinin kollegiya iclasında probasiya nəzarətinin təsbit olunması, alternativ cəzaların icrasında elektron nəzarət vasitələrinin tətbiqinə başlanılması vurğulanıb.

“Report”un xəbərinə görə, kollegiyada həmin vasitələrin tətbiqi qaydalarının bu ərəfədə Nazirlər Kabineti tərəfindən təsdiq edilməsi bildirilərək, elektron qolbaqların geniş tətbiqinə və ictimai təqdimatın keçirilməsinə dair aidiyyəti tapşırıqlar verilib.

İclasda ədliyyə naziri Fikrət Məmmədov bildirib ki, Azərbaycan Prezidentinin tapşırıqlarına əsasən ədalət mühakiməsinin səmərəliliyinin artmasına, məhkəmə hakimiyyətinin müstəqilliyinin güclənməsinə xidmət edən mütərəqqi islahatlar aparılıb, bu sahədə qanunvericilik təkmilləşib, hakimlərin şəffaf seçim qaydası müəyyən olunaraq hakim korpusu 60 faiz təzələnib, yeni məhkəmələr və məhkəmə hakimiyyətinin özünüidarə orqanları yaradılıb, müasir İKT-nin, dövlət başçısının Sərəncamı ilə yaradılmış “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi və məhkəmə infrastrukturunun müasirləşməsi üzrə əməli tədbirlər görülüb.

Qeyd olunub ki, vətəndaş cəmiyyətinin inkişafına dövlət dəstəyinin təzahürü olaraq 20 qeyri-kommersiya hüquqi şəxs dövlət qeydiyyatına alınıb.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …