Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / “Elektra Events Hall”da dava düşdü

“Elektra Events Hall”da dava düşdü

Azərbaycanlı reperlər üçün döyüş səhnəsi olan “Kəllə Kəlləyə”də bu dəfə Pasterlə Tibu KM qarşılaşıb. “Qafqazinfo” xəbər verir ki, “Elektra Events Hall”da baş tutan böyük dueldə izdiham yaşanıb. 

Dəfələrlə yarışlarda çempion olan Pasterin qalib gələcəyi proqnozlaşdırılsa da, beş münsif üzvünün səsinə əsasən, Tibu 3:2 hesabla qalib olub. Həlledici səsi jüri olan keçmiş repçi Fərid Dadaşov (MC Daddy) verib. 

O, səhnəyə çıxaraq Tibunun ifasının zövqünə yaxın olduğunu vurğulayıb: “Mən bilmirəm, ad günümdə lazım olmayan bir ana düşmüşəm. Hər iki repçi bombadır, istedaddır. Uşaqlar, söhbət sırf mənim zövqümdən gedəcək. Kimsə yaxşı və ya pis deyil. Hər ikisinə uğurlar. Səsimi Tibuya verirəm”. 

Həmin anda Pasterin tərəfdarları jüri heyətinə etiraz edib və klubu tərk etməyəcəyini qeyd ediblər. Daha sonra fanatlar arasında dava da olub. Etirazlar bir müddət davam etsə də, qərarda heç bir dəyişiklik olmayıb. 

Pasterin məğlubiyyəti sosial şəbəkələr də müzakirələrə səbəb olub. Əksər istifadəçilər münsiflərin haqsız qərar çıxardığını iddia edib. 

Tibu isə sosial şəbəkədə status yazaraq 5 münsifin peşəkar repçi olduğunu qeyd edib:

“Eşit uşaq, sən artıq deyilsən döyüşdə şah! 5 münsif köhnə repçilərdir.  Yəni müsif məsələsi bağlandı. Bu döyüşdə repə rep oldu.  Amma Pərviz (Paster) çox söyüş söydü! Yəni həyatda necə, meydanda elə hörmət olmalıdır. Mənimlə olan hər kəsə təşəkkür. Biz tarix yazdıq”. 

Bundan əlavə, sözügedən qarşılaşma üçün Pasterin təşkilatçılardan 10 min manat tələb etdiyi də iddia olunub.  Tibu instaqramda bu məsələyə toxunaraq “bundan sonra mənimlə döyüş 20 mindir”,- şərhini yazıb. 

Qeyd edək ki, münsiflər Fərid Dadaşov, Dost Nəğd Pul (DNP), Togga, Aydın MİM və İdris Cəfərov olub. 

Paster

Tibu KM

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …