Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Eldar Mahmudovun həbsdə olan kadrı yenidən məhkəmə qarşısında

Eldar Mahmudovun həbsdə olan kadrı yenidən məhkəmə qarşısında

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) dələduzluqda təqsirləndirilən Qusar, Kürdəmir rayon şöbələrinin sabiq rəisi, polkovnik Bahadir Qocayevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə başlayıb.

Bakı Apellyasiya Məhkəməsinin hakimi Cavid Hüseynin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası avqustun 30-na təyin edilib.

Qeyd: B.Qocayev bir müddət Lənkəran Dövlət Universitetində prorektor kimi də çalışıb. Keçmiş MTN vəzifəli şəxsi 70 min manatdan çox pulu mənimsəməkdə ittiham edilib. Bundan başqa, onun vəzifədə olduğu vaxt vətəndaş Fazil Alıyevin 60 min manata aldığı evini hədə-qorxu ilə əlindən almaqda da adı hallanıb. B.Qocayev barəsində cinayət işinin istintaqını Dövlət Təhlükəsizliyi Xidməti aparıb. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırlatma: B.Qocayev Eldar Mahmudovun MTN-ə rəhbərlik etdiyi dövrdə nazirliyin Qusar və Kürdəmir rayon şöbələrinin rəisi olub. “MTN işi” ilə bağlı araşdırmalar başladıqdan sonra təhlükəsizlik strukturundan çıxarılıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Həmçinin oxuyun

Həbsdəki başçı yarım milyonluq zərərin bir hissəni ödədi, amma…

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Natiq Əliyevin sədrliyi ilə Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun …