Cümə , Sentyabr 30 2022
Ana səhifə / Kriminal / Eldar Mahmudovun həbs etdirdiyi AZAL-ın vəzifəli şəxsi azadlığa buraxıldı

Eldar Mahmudovun həbs etdirdiyi AZAL-ın vəzifəli şəxsi azadlığa buraxıldı

“Azərbaycan Hava Yolları” (AZAL) Dövlət Konserninin Aviasiya Təhlükəsizliyi İdarəsinin sabiq rəisi Emil Süleymanov azadlığa buraxılıb.

Azinforum.az-ın xəbərinə görə, bu barədə hüquq müdafiəçisi Rüfət Səfərov məlumat verib.

Bildirib ki, Emil Süleymanov 15 ildən sonra bu gün 9 saylı cəzaçəkmə müəssisəsindən azadlığına qovuşub.

Qeyd: Emil Süleymanov və digərləri 2007-ci ilin 6 sentyabrında həbs edilib. Ona qarşı Azərbaycan Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 274-cü (dövlətə xəyanət), 308-ci (vəzifə səlahiyyətlərini aşma)maddələri ilə ittiham irəli sürülüb.

Məhkəmənin qərarı ilə Emin Süleymanov 15 il müddətinə azadlıqdan mərhum edilib.

Onun anası Zərifə Süleymanova hələ 2007-ci ildə mətbuata açıqlaması zamanı bəyan edib ki, oğluna o vaxtkı MTN-də ciddi işgəncə verilib. Ondan saxta ittihamları boynuna almaq istənilib, əks təqdirdə isə bir neçə ay yaşayacağı deyilib.

Xatırlatma: Emil Süleymanovu sabiq MTN şefi Eldar Mahmudovun həbs etdirdiyi deyilir.

Həmçinin oxuyun

“Tarqovıy”da fəaliyyət göstərən “siçan” saxlanıldı

Bakıda “Tarqovıy” adı ilə tanınan ərazidə maskot kimi fəaliyyət göstərən şəxs (cizgi filmi qəhrəmanı olan …