Şənbə , Mart 2 2024
Ana səhifə / Kriminal / Eldar Mahmudovun əmisi oğlunun həbs müddəti uzadıldı

Eldar Mahmudovun əmisi oğlunun həbs müddəti uzadıldı

Bakı Hərbi Məhkəməsində Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.

Report-un məlumatına görə, hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, istintaq orqanının təqdimatı təmin edilib, V.Mahmudovun həbs müddəti daha üç ay artırılıb.

Qeyd edək ki, keçmiş milli təhlükəsizlik naziri E.Mahmudovun əmisi oğlu V.Mahmudov ötən il noyabr ayının əvvəlində həbs edilib.

Həmçinin oxuyun

Ailəsini qətlə yetirən Əhmədin istintaqa ilk ifadəsi məlum oldu – VİDEO

Ailə üzvlərini qətlə yetirməkdə təqsirli bilinən Əhməd Əhmədovun istintaqa verdiyi ifadə üzə çıxıb. Ə.Əhmədov ilkin …