Çərşənbə axşamı , Noyabr 24 2020
Ana səhifə / Kriminal / Eldar Mahmudovdan 100 min manat pul tələb olunur

Eldar Mahmudovdan 100 min manat pul tələb olunur

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov və ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyin Baş İstintaq İdarəsinin rəisi vəzifəsində çalışmış Mövlan Şıxəliyev məhkəməyə verilib.

“MTN işi”ndə zərərçəkmiş qismində tanınan Mətləb Mustafayev hər iki şəxslə bağlı məhkəməyə müraciət edib. O, E.Mahmudova qarşı Yasamal Rayon Məhkəməsində iddia qaldırıb. M.Mustafayev iddia ərizəsində sabiq nazirin sifarişi ilə şərlənərək həbs edildiyini yazıb və sabiq nazirin 100 min manatdan çox pul təzminatı ödəməsini tələb edir.

Bu iddia ərizəsi baxılması üçün hakim Sərdar Mehrəliyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası isə aprelin 24-nə təyin edilib.

M.Mustafayev M.Şıxəliyevə qarşı qaldırdığı iddia ərizəsini isə Səbail Rayon Məhkəməsinə göndərib. O, iddia ərisəzində şərlənərək həbs edilməsindən sonra barəsində olan cinayət işi üzrə istintaqın M.Şıxəliyevin rəhbərlik etdiyi idarədə aparıldığını bildirib. M.Mustafayev sabiq idarə rəisindən 63 min manat təzminat tutularaq ona ödənilməsini istəyib.

Bu iddia ərizəsi üzrə hazırlıq iclası mayın 1-ə təyin olunub. İşə hakim Nurəddin Bağırovun sədrliyi ilə baxılacaq. (Azadlıq.info)

 

Həmçinin oxuyun

Azərbaycanlı deputatın həyat yoldaşı axtarışa verildi

Azərbaycan Milli Məclisinin deputatı Ramil Həsənin həyat yoldaşı Yekaterina Həsən axtarışa verilib. Moldova hüquq-mühafizə orqanları …