Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / “Eldar Həsənov əlil arabası ilə hərəkət edir” – Vəkil

“Eldar Həsənov əlil arabası ilə hərəkət edir” – Vəkil

Azərbaycanın keçmiş səfiri və ölkənin keçmiş baş prokuroru Eldar Həsənov avqustun 8-də səhər Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi hospitalında başgicəllənmə səbəbindən yıxılıb.

Bu barədə Turan-a onun vəkili Cavad Cavadov bildirib. Xoşbəxtlikdən ciddi xəsarət almayıb. Həmin gün onu vəkil və müstəntiqlə görüşə əlil arabasında gətiriblər.

“Eldar Həsənovun özünün dediklərinə görə, həkimlər ona sərbəst hərəkət etməyi qadağan ediblər”, – vəkil deyib.

Müdafiə tərəfi Həsənovun ixtisaslaşdırılmış klinikada müalicə olunması üçün barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatətlə baş prokurora müraciət edib. Əvvəllər vəkillərin ölkə rəhbərliyinə və Baş Prokurorluğa müraciətləri nəticə verməyib. Strasburq məhkəməsinin təminat tədbirləri haqda qərarından sonra Həsənov Dövlət Təhlükəsizliyi Xidmətinin hospitalına köçürülüb.

O, ciddi onurğa sütunu xəstəliyindən əziyyət çəkir ki, bu da həbsdən sonra xeyli kəskinləşib.

Xatırladaq ki, Eldar Həsənov 13 avqust 2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb və sui-istifadə və büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməməsi ittihamı ilə həbs edilib.

2001-2020-ci illərdə Eldar Həsənov Azərbaycanın Rumıniyada, daha sonra isə Serbiya, Monteneqro və Bosniyada səfiri olub. 1995-2000-ci illərdə Azərbaycanın baş prokuroru olub.

Həmçinin oxuyun

Özünü ölmüş kimi təqdim edən MTK direktoruna hökm oxundu

Dələduzluqda təqsirləndirilən MTK direktoru Rafət Qəniyevə hökm oxunub. Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin …