Cümə axşamı , İyul 7 2022
Ana səhifə / Kriminal / Eldar Həsənov kassasiya şikayəti verdi

Eldar Həsənov kassasiya şikayəti verdi

Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənov barəsində olan hökmdən kassasiya şikayəti verib. 

“Report”un əldə etdiyi məlumata görə, kassasiya şikayəti Ali Məhkəməyə təqdim edilib.

O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Məhkəmənin vaxtı yaxın günlərdə məlum olacaq.

Xatırladaq ki, Eldar Həsənov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla həbs edilib.

Sabiq səfir Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) 308-1.1 (Dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunub.

E.Həsənov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, təqsirləndirilən şəxsin üzərinə həbs qoyulmuş əmlakları da müsadirə olunub. Daha sonra o, Apellyasiya şikayəti verib. Bakı Apellyasiya məhkəməsi E.Həsənovun şikayətini təmin etməyib.

Həmçinin oxuyun

Kiyevdə həbs olunan azərbaycanlı: “Məni erməni şərləyib” – FOTO

Vətən müharibəsi iştirakçısı Misir Qasımlı 1 ildir ki, Ukraynada həbsdə saxlanılır. O, vəkili vasitəsilə “Qafqazinfo”ya …