Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / Elçin Quliyev “zon”a göndərildi

Elçin Quliyev “zon”a göndərildi

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin Anti-Terror Mərkəzinin sabiq rəisi Elçin Quliyev barəsində məhkəmə hökmü qanuni qüvvəyə minib.
Bakı Apellyasiya Məhkəməsi tərəfindən aldığı 10 il 6 ay azadlıqdan məhrumetmə cəzası qüvvədə saxlanılan sabiq general Penitensiar Xidmətin 10 saylı Cəzaçəkmə Müəssisəsinə göndərilib.
Saytımızı bilgiləndirən mənbənin sözlərinə görə, Elçin Quliyev müəssisədə 3 gün karantin rejimində saxlanıldıqdan sonra məhkumlar arasına buraxılıb. Onun xüsusi nəzarət aldında  olduğu bildirilir.
Qeyd edək ki, məhkəmənin hökmü ilə  Dövlət Təhlükəsizlik Xidmətinin Elçin Quliyevə qarşı qaldırdığı 7 milyon manatlıq, həmçinin cinayət işində adı keçən zərərçəkmişlərin də qaldırdığı digər mülki iddiaları  təmin olunub. Həmiçinin, onun general rütbəsindən məhrum edilməsinə dair xüsusi qərar çıxarılıb.
İttihama görə, Elçin Quliyev və ATM-in digər vəzifəli şəxsi  Azər Mehdiyev dövlət orqanlarında müxtəlif vəzifələrdə çalışan şəxslərə, iş adamlarına hədə-qorxu gəliblər, onlardan külli miqdarda pul alıblar.
İstintaq sənədlərinə görə, Elçin Quliyev və digər şəxslər MTN polkovniki Malik Mustafayevi intihar həddinə çatdırıblar. Malik Mustafayev xidməti vəzifəsi başında intihar edib. Onun qardaşı Mətləb Mustafayevin MTN tərəfindən şərlənərək həbs edilib.
Bundan sonra şantaj olunan Malik Mustafayev özünü öldürüb. Cinayət işi üzrə ümumilikdə 18 nəfər zərərçəkmiş var.(Gununsesi.info)

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …