Şənbə , Dekabr 5 2020
Ana səhifə / Kriminal / Elçin Əlibəylini döyən çempionudur: “Əməliyyatdan yeni çıxan “qrıjam” partlayıb”…

Elçin Əlibəylini döyən çempionudur: “Əməliyyatdan yeni çıxan “qrıjam” partlayıb”…

Tanınmış telejurnalist Elçin Əlibəyli bir neçə gündür ki, sosial şəbəkədə qonşusu tərəfindən döyüldüyünü yazır. Jurnalist son statusunda həmkarlarına və ziyalılara müraciət edərək, onlardan dəstək istəyib. Məlum olub ki, Elçin Əlibəylini döyən çox tanınmış şəxsdi. Həmkarımızın yazdığı son statusu olduğu kimi təqdim edirik:

“Əziz həmkarlar, dəyərli ziyalılar, kimin üçün dəyərləymsə, mənə hörmət qoyursa bu mürəciətimi işqlandırınsın. Oktyabrın 19-u qonşum tərəfindən siyasi motivlərə görə döyülsəm də, bu günə kimi döyən şəxsin Olimpiya çempionu Namiq Abdullayevin olması hesabına DİN susur. Bu ölkədə haqq-ədalət yoxdur nəticəsinə gəlirəm. Döyülmək və söyülmək davası deyil, mənim davam, avropa çempionu olan qonşum fənd işlədərək, təpiklə mənim əməlliyyatdan yenicə çıxdığım yırtıq (qrija) partladması hesabına aldığım ağır zərbədən günlərlə çəkdiyim əziyyətdir. Təcili əmiliyyat olunmalıyam, amma mən bu yazını yazada belə ağrıkəsiçi iynənin təsiri ilə yazıram. Mənə YALNIZ SİZİN MƏNƏVİ dəstəyiniz lazımdır!”

Yazıda adı keçən qurum və şəxsin də mövqeyini dinləməyə hazırıq.

Azinforum.az

P.S. Elçin Əlibəyli bizimlə əlaqə saxlayıb bildirdi ki, ağır dərmanların təsiri altında olduğu üçün, onu döyən şəxsin adında kiçik səhvə yol verib. Onun sözlərinə görə, xəsarət yetirən şəxs də çempiondur, amma olimpiya çempionu deyil, Namiq Abdullayevin doğma qardaşıdır.

Həmçinin oxuyun

Müxtəlif xarici ölkələrin vətəndaşlarının muzd müqabilində Ermənistandan Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərinə keçirilməklə qanunsuz …