Bazar ertəsi , Mart 25 2019
Ana səhifə / Kriminal / Elçilik qanla bitdi: bəy gəlini öldürdü, qaynananı yaraladı

Elçilik qanla bitdi: bəy gəlini öldürdü, qaynananı yaraladı

Bir nəfəri öldürməkdə, digərini isə yaralamaqda təqsirləndirilən Sabir Qədimovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.   Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə qətlə yetirilən Aytən Cəfərovanın anası Esmira Cəfərova ifadə verib.Qızı öldürülmüş ana qeyd edib ki, qızı Sabir Qədimovdan hamilə olub: “Qızımı korlamışdı. Ondan hamilə qalmışdı, həkimlə danışıb ona dərman içirmişdilər.  Aytən mənə zəhərləndiyini dedi, xəstəxanaya apardıq. Orada məlum oldu ki, qızım 4 aylıq hamilədir. Sabiri polisə şikayət etmədim”.E. Cəfərova bildirib ki, təqsirləndirilən şəxsdən qızı ilə evlənməsini tələb ediblər: “Anasıgil gəldi, Sabirin nənəsinin ili çıxandan sonra qızıma elçi gələcəklərini bildirdilər. Bir sözlə, başlarından edirdilər. Onlar evdən çıxan kimi Sabir qızıma zəng edib, onu təhqir etdi.  Daha sonra durub evə gəldi. Qapını açdım, bu zaman Sabir tüfənglə məni vurdu. Əlimi qaldırdım, güllə sağ əlimin 2 barmağına dəydi, yerə yıxıldım. Sabir də qızıma atəş açdı”. Məhkəmədə elan olunub ki, hadisədən sonra zərərçəkmiş E.Cəfərovanın 2 barmağı amputasiya edilib.  Məhkəmə prosesi  martın 29-da davam edəcək.  Qeyd edək ki, ötən il may ayının 31-də Sabunçu rayonu Qılman Salahov 15 ünvanında baş verib. Belə ki, Balaxanı qəsəbə sakini, 1999-cu il təvəllüdlü S.Qədimovun ailəsi 2001-ci il təvəllüdlü Cəfərovlar ailəsinin qızı Aytən Cəfərovaya elçi gəlib. Elçilik məclisindən sonra S.Qədimov A.Cəfərovanın yaşadığı evə gələrək onunla mübahisə edib. Mübahisədən sonra o, babasına məxsus ov tüfəngini götürərək yenidən A.Cəfərovanın yaşadığı evə gəlib. Daha sonra o, tüfənglə A.Cəfərovanın başına və bədəninə atəş açıb. S.Qədimovun qarşısını almaq istəyən A.Cəfərovanın anası, 1962-ci il təvəllüdlü Esmira Cəfərova əlindən və çiynindən güllə yarası alıb. Hadisə vaxtı evdə A.Cəfərovanın bacısı da olub. O, dərhal bu barədə polisə məlumat verib. S.Qədimov hadisə yerindən qaçaraq gizlənib. Yaralılar 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. E.Cəfərovanın həyatını xilas etmək mümkün olub. E. Cəfərovanın sağ əlinin üç barmağı travmatik amputasiya edilib. A.Cəfərova isə kəllə və döş qəfəsinin arxa səthindən aldığı güllə yaralarından dünyasını dəyişib.

Həmçinin oxuyun

Məmura qarşı yarım milyon manatlıq dələduzluq edən şəxslə bağlı yeni qərar

Sumqayıt Apellyasiya Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Ayaz Məhərrəmovun barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilən …