Cümə , Oktyabr 23 2020
Ana səhifə / Kriminal / Ektrasens Almazın törətdiyi qəzada qardaşı oğlu öldü

Ektrasens Almazın törətdiyi qəzada qardaşı oğlu öldü

Xəbər verdiyimiz kimi, dünən Hacıqabulda “Toyota” markalı avtomobilin aşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Azinforum.az-ın əldə etdiyi məlumata görə, qəzanı törədən şəxs tanınmış ektrasens Almaz Yolçiyevadır (Ədilova). Hadisə Atbulaq kəndi ərazisində, dekabrın 21-də saat 16 radələrində qeydə alınıb. 

Nəticədə Almaz Yolçiyevanın sərnişinlərindən biri, qardaşı oğlu Fuad Ədilov xəstəxanaya aparılarkən yolda ölüb .

Digər yaralılar 2003-cü il təvəllüdlü Yolçiyeva Sevgi, 2016-cı il təvəllüdlü Qarayev Fərid, 2006-cı il təvəllüdlü Yolçiyeva Gülər, 2007-ci il təvəllüdlü Qarayeva Ayşən və 2004-cü il təvəllüdlü Qarayeva Nərmindir.

Hazırda ektrasens özü və yaralı olan sərnişinləri Hacıqabul Mərkəzi Xəstəxanasında müalicə alırlar. 

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …