Çərşənbə , İyun 3 2020
Ana səhifə / Kriminal / Ektradisiya olunan “milyonçu” məhkəmə qarşısında: – “Pulları icra başçısına vermişəm”

Ektradisiya olunan “milyonçu” məhkəmə qarşısında: – “Pulları icra başçısına vermişəm”

“İnterpol” xətti ilə Ukrayna ərazisində tutularaq Azərbaycana ektradisiya olunan 1965-ci il təvəllüdlü Nəsibov Məzahir Dursun oğlu barəsində həbs-qətimkan tədbiri seçilib.

“Yeni Sabah”ın məlumatına görə, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq- külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə təqsirləndirilir. Məhkəmə prosesi bu gün Binəqədi Rayon Məhkəməsinin hakimi Vuqar Məmmədovun sədrliyi ilə baş tutub.

O, 100-dən çox şəxsə qarşı 8 milyon manatlıq dələduzluq etməkdə təqsirli bilinir. Belə ki, M.Nəsibov Nərimanov rayonu, F.Yusifov küçəsi 40 ünvanında gözdən əlillər üçün tikilən 12 mərtəbəli 132 mənzilli binada bir qrup vətəndaşa mənzil satmaq adı ilə onlardan pul alıb. Amma bina gözdən əlillər üçün inşa olunduğuna görə vədinə əməl edə bilməyib və vətəndaşları aldadıb.

Qeyd edək ki, Məzahir Nəsibov Almaniyada yaşayıb və verdiyi müsahibələrdə dəfələrlə pulları alıb Nərimanov rayonunun icra başçısı Abdin Fərzəliyevə verdiyini deyib.

Həmçinin oxuyun

34 yaşlı kişi ondan ayrılmaq istəyən arvadını yataqda öldürdü – MƏHKƏMƏ

Gəncə şəhərində həyat yoldaşını çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirməkdə ittiham olunan 1986-cı il təvəllüdlü …