Şənbə , İyun 3 2023
Ana səhifə / Kriminal / Ekspert Qadir İbrahimli: “Əhalidən dolları ucuz qiymətə alırlar ki, yenidən baha qiymətə satışa çıxarsınlar”

Ekspert Qadir İbrahimli: “Əhalidən dolları ucuz qiymətə alırlar ki, yenidən baha qiymətə satışa çıxarsınlar”

“Dolların ucuzlaşmasını ciddi hadisə saymıram . Birincisi, ölkəyənin dollara tələbatı təklifdən yüksəkdir. İkincisi, ixracatda neft sektoru yenə dominant mövqeyə (85%)sahibdir. Ancaq neft satışından əldə olunan gəlirlər birbaşa bazara girmir və Neft Fondunun sərəncamına keçir. Bu baxımdan dollara təlabat yüksək olaraq qalır.

Strateq.az bildirir ki, bu sözləri iqtisadçı ekspert Qadir İbrahimli dolların ucuzlaşmasını şərh edərkən bildirib.

Ekspert qeyd edib ki, üzən məzənnənin əsas mahiyyəti əhalinin sərəncamında olan dollar ehtiyatını banklara cəlb etməkdir: “Ucuzlaşma da bu siyasətin tərkib hissəsidir – əhalidən dolları ucuz qiymətə alınır ki, az sonra yenidən baha qiymətə satışa çıxarılsın. Nəhayət, banklara imkan yaradılır ki, dollar satışından böyük qazanc götürüb, problemli kreditlər hesabına yaranan ziyanı kompensasiya etsinlər”.

Q.İbrahimli bu siyasəti hökumətin manatı xilas etməsi kimi qələmə verilməsini tənqid edib: “Kor atın kor da nalbəndi olduğu kimi, böhran hökumətinin də elə sizin kimi müdafiəçiləri olar. Bir azdan dollar bahalaşanda nə deyəcəksiniz?”

Həmçinin oxuyun

İlkin Süleymanov son söz dedi: “Polisə məlumat verəndə ağlıma gəlməzdi ki…”

İlkin Süleymanov Gəncə Ağır Cinayətlər Məhkəməsində son söz deyib. “Mən yanan meyiti görüb bu barədə polisə …

Bir cavab yazın