Ana səhifə / Kriminal / Ekspert “Əsrin müqaviləsi”ndən yazdı: “İndi dünyada neft yatağı tapmaq asan məsələ deyil…”

Ekspert “Əsrin müqaviləsi”ndən yazdı: “İndi dünyada neft yatağı tapmaq asan məsələ deyil…”

“Xarici şirkətlər 1994-cü ildə imzalanmış müqavilənin uzadılmasında maraqlı olardılar. Hətta böyük bonuslar vermək hesabına belə. Ancaq belə bir yanaşma Azərbaycanın maraqlarına indiki şəraitdə heç də məqbul deyil.

Strateq.az bildirir ki, bu sözləri neft üzrə tanınmış ekspert İlham Şaban Prezident İlham Əliyevin “Əsrin müqaviləsi” ilə bağlı müqavilə müddətinin uzadılması barədə bu günkü açıqlamasını şərh edərkən bildirib.

Ekspertin sözlərinə görə, ona görə də SOCAR yeni PSA müqaviləsinin bağlanması təklifi ilə çıxış edib. Bununla bağlı 2016-cı il 23 dekabr tarixində BP və tərəfdaşları arasında Memorandum imzalanıb: “Azərbaycan tərəfinə ACG-də yeni müqavilənin uzadılması lazım idimi? Yenə cəmiyyət bunu müzakirə obyektinə çevirəcək:  20 il xarici şirkətlərlə birgə işlədik, bəs deyilmi? Niyə onlardan yaxa qurtarıb özümüz çıxarmırıq öz neftimizi?”

İlham Şabanın sözlərinə görə, məsələnin sadəcə mahiyyətinə varmaq gərəkdir: “Texnika və texnologiya tam başqa şeylərdir. Texnikanı gedib istənilən yerdən almaq mümkündür, ancaq texnologiyalara sahib olmaq ya mümkün deyil, ya da bir halda mümkündür ki, hər son məhsuldan gələn gəlirdən bölüşməlisən. Ona görə də kommersiya baxımından Xəzərin dərin hissəsindən karbohidrogenlərin hasilatında xarici şirkətlərlə əməkdaşlıq Azərbaycan hökuməti üçün faydalı bir biznesdir. Özü də bu təkcə biznes fəaliyyəti ilə məhdudlaşmır”.

Ekspertin sözlərinə görə,  ACG-dən indiyə qədər 423,5 mln ton neft hasil edilib. Onun çıxarıla biləcək ehtiyatları 1 mlrd ton olsa da, artıq 2010-cu ildən sonra blokda hasilat texniki quyulardan intensiv istifadə hesabına həyata keçirilir: “Bu gün 100 hasilat quyusuna 50 texniki quyu düşür və getdikcə onların sayı artacaq. Ona görə ki, yataqlar adi dildə desək “yaşlaşma perioduna” qədəm qoyurlar və laylardakı təzyiqi saxlamaq üçün daha çox geoloji tədbirlərin keçirilməsinə (qaz və su vurulması, quyuların təmiri, yan lüləli quyuların qazılması və sair) ehtiyac yaranır. Bunlar isə xərclərin artması deməkdir. Belə olan halda bir var bütün xərcləri özün çəkəsən, bir də var onu partnyorlarla bölüşəsən. Daha effekyli isə onda olur ki, partnyorlarln əlində həmçinin mütərəqqi texnologiyalar olur ki, çəkilən hər bir dolların qarşılıqlığında daha çox əlavə qazanc etmək imkanı əldə edəsən. Məhz bu səbəbdən də müqavilənin uzatmaq Azərbaycan hökumətinin marağındadır”.

Bəs onda xarici şrkətlərin marağı nədir?

İ. Şaban qeyd edib ki, birinci müqavilə dövründə Azərbaycan zəif bir ölkə idi. Əcnəbilər gəlib öz şərtlərini müəyyən qədər diqtə edə bildilər: “İlk onillikdə ürəkləri istəyən şəkildə faydalandılar və mənfəətin də 70%-ə qədərini götürmək imkanı vardı. Bəs indi 20% mənfəətə necə qane olacaqlar?  Açması asandır: Əvvəla, dünyada neft yataqları tapmaq hazırda heç də asan məsələ deyil. Düzdür tapılır, ancaq böyük investisiyalar hesabına. Bu isə həmçinin böyük risklər və vaxt itkisi deməkdir. Azərbaycanı isə onlar 25 ildir ki, “kəşf” ediblər və bu ölkənin həm altını, həm də üstünə çox yaxşı bələddirlər. O cümlədən də uzunmüddətli proqnozlar verməkdə çətinlik çəkmirlər.  Yəni risk dərəcəsi özlərinin təbirincə desək biznes normativlərinə uyğundur. Elə isə nədən başqa bazar sevdasına düşsünlər? Əgər müqavilə imzalanarsa, bu, şirkətlərin hər birinin səhmlərinə müsbət təsir edən amil olacaq. Bunda hər bir şirkət marağını gizlətmir. Şirkətlər üçün stabil bazarlarda işləmək səhmdarlar üçün yaxşı dividentlər deməkdir”.

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …

Bir cavab yazın