Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Eks-nazirin evindəki yanğında 2 azyaşlı xəstaxanaya düşdü – DİN-dən açıqlama

Eks-nazirin evindəki yanğında 2 azyaşlı xəstaxanaya düşdü – DİN-dən açıqlama

Daxili İşlər Nazirliyi İsmayıllı rayonunda sabiq nəqliyyat naziri Ziya Məmmədova məxsus evdə çıxan yanğınla bağlı məlumat yayıb. 

“Qafqazinfo” xəbər verir ki, yanğın fevralın 19-da saat 2 radələrində İsmayıllı rayonunun Buynuz kəndində eks-nazirin villasını mühafizə edən və həmin mənzildə yaşayan Ruslan Bəbirova məxsus evdə odun sobasına nəzarətsizlikdən yanğın baş verib. Nəticədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb. Yanıq xəsarətləri alan R.Bəbirovun azyaşlı uşaqları – Ömər və Zeynəb xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …