Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Ehud Barak Azərbaycan şirkətindən yüz minlərlə dolları niyə alıb?

Ehud Barak Azərbaycan şirkətindən yüz minlərlə dolları niyə alıb?

İsrailin keçmiş baş naziri və keçmiş müdafiə naziri, yəhudi dövlətinin ən nüfuzlu siyasətçilərindən biri olan Ehud Baraka  qarşı korrupsiya şübhəsi ilə təhqiqat aparılır.

Virtualaz.org xəbər verir ki, İsrailin istintaq orqanları Ehud Barakın Azərbaycanla “şübhəli pul sövdələşməsini” araşdırır. “Haaretz” qəzetinin yazdığına görə iki həftə əvvəl İsrailin baş prokuroru İequda Vaynşteyn keçmiş baş nazirdən Azərbaycanın “iri dövlət şirkətlərindən biri ilə” bütün elektron yazışmalarını istintaqa verməyi tələb edib.

Qəzetin yazdığına görə polis Ehud Baraka qarşı təhqiqatı Bakının ona bir neçə yüz min dollar ödədiyi məlum olandan sonra başladıb. Bu məbləğin Eud Baraka “məsləhət xidmətlərinə görə ödənildiyi” bildirilir. Lakin versiyalardan birinə görə bu, rüşvət ola bilər.

İsrail hökumətindəki mənbələ isə deyiblər ki, əgər Ehud Barakın yazışmalarının öyrənilməsi polisin başlatdığı təhqiqatda dramatik dəyişikliklərə səbəb olmasa Yequda Vaynşteyn keçmiş baş nazirə və müdafiə nazirinə qarşı qaldırılmış işin bağlanmasına sərəncam verəcək.

 

Ehud Barak Azərbaycanla korrupsiya əlaqələrində şübhəli hesab edilən ilk İsrail xadimi deyil.

Bundan əvvəl İsrailin sabiq müdafiə naziri və “Avoda” partiyasının keçmiş lideri Binyamin (Fuad) Ben-Eliezer də Azərbaycandan silah satışına görə rüşvət almaqda şübhəli bilinmişdi.

Binyamin (Fuad) Ben-Eliezer

İstintaqın nəticələrinə görə, Ben-Eliezerə qarşı ittiham aktı elan olunub.İsrail prezidentliyinə keçmiş namizəd də olan sabiq müdafiə naziri çoxsaylı cinayətlər törətməkdə və korrupsiyada ittiham olunur. Məsələn, Ben-Eliezer biznesmenlərlə, o cümlədən israilli milyarder Avraam Nanikaşvili ilə korrupsiya əlaqəsinə girməkdə, “Şemen” neft şirkətinin maraqları üçün lobbiçilik etməkdə, “çirkli pul” yuyulmasında, vergidən yayınmaqda və s. günahlandırılır.

İstintaq İsrail siyasətinin 79 yaşlı veteranına qarşı müdafiə naziri olarkən rüşvət almaq, pul yumaq, habelə Azərbaycan, Gürcüstan və digər ölkələrə silah satışına icazə vermək kimi ittihamlar da irəli sürüb.

Həmçinin oxuyun

Həbsdəki başçı yarım milyonluq zərərin bir hissəni ödədi, amma…

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Natiq Əliyevin sədrliyi ilə Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun …

Bir cavab yazın