Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Efirdə azərbaycanlı və erməni arasında əlbəyaxa dava – Video

Efirdə azərbaycanlı və erməni arasında əlbəyaxa dava – Video

Rusiyanın “Zvezda” kanalında yayımlanan siyasi tok-şouda azərbaycanlı jurnalist Fuad Abbasovla erməni əsilli rus ekspert Sarkis Çaturyan arasında əlbəyaxa dava olub. 

“Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, mübahisə erməni ekspertin Türkiyənin Suriyadakı rolu ilə bağlı sərt, təhqiramiz fikirlər səsləndirməsinə görə yaranıb.

Fuad Abbasov ekspert kürsüsündə əyləşən Sarkis Çaturyan, Qevorq Mirzoyan və suriyalı həmkarı Abas Cüməyə yaxınlaşaraq “mən Türkiyənin Suriya məsələsindəki rolunu kiçildən türklərə fobiyası olan erməni və Suriya əsilli ekspertləri sakitləşdirmək istəyirəm” deyib.

Bu zaman mübahisə qızışıb və Abbasovla Çaturyan əlbəyaxa dava etməyə cəhd ediblər. Aparıcılar qonaqları sakitləşdirməyə çalışarkən Çaturyan jurnalisti hədələyərək “problem istəyirsənsə, olacaq. Dilinə sahib ol” söyləyib.

Aysel Kərimova

Həmçinin oxuyun

Vidadi Zeynalov 43 milyonluq əmlakını geri istəyir

“MTN işi”nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq …