Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / Kriminal / Ebru Gündeşin 3 ilədək həbsi istənilir – Rzanın hədiyyəsi Ebruya baha başa gəldi

Ebru Gündeşin 3 ilədək həbsi istənilir – Rzanın hədiyyəsi Ebruya baha başa gəldi

ABŞ-da həbsdə olan cənubi azərbaycanlı iş adamı Rza Sərrafın ad günündə hədiyyə etdiyi malikanə müğənni Ebru Gündeşin başına bəla olub.
Sənətçi dənizkənarı tarixi malikanədə təmir işləri gördürməsi Mədəniyyət və Təbii Abidələrin Qorunması qanununu pozduğu üçün məhkəməlik olub. Ebrunun 3 ilədək həbsi tələb edilib.
Gündeş bu ittihamı qəbul etməyib. Müğənninin vəkili Can Gürel açıqlamasında bu cür iddianəmələrin hüquqi müstəviyə daşınmasını doğru hesab etməyərək ittihamla bağlı şikayət ərizəsi verəcəklərini bildirib. Onlar prosesə yenidən baxılmasını tələb ediblər.
Məhkəmə təxirə salınıb.(axşam.az)

Həmçinin oxuyun

Azərbaycanda 674 koronavirus xəstəsinə cinayət işi açılıb

Ötən il ölkə üzrə daxili işlər orqanları əməkdaşları tərəfindən saxlanılan aktiv COVID-19 xəstələrinin sayı açıqlanıb. …