Çərşənbə , Noyabr 25 2020
Ana səhifə / Kriminal / Ebru Gündeşi Bakıya gətirmək adı ilə dələduzluq edən prodakşn rəhbərinin məhkəmə istintaqı başa çatıb

Ebru Gündeşi Bakıya gətirmək adı ilə dələduzluq edən prodakşn rəhbərinin məhkəmə istintaqı başa çatıb

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən “Velizadə prodakşn”ın rəhbəri Tural Vəlizadənin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

“Report”un xəbərinə görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb.

Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.

Məhkəmənin növbəti iclası yanvarın 30-na təyin edilib.

Qeyd edək ki, “Velizadə prodakşn”ın rəhbəri T.Vəlizadə dörd nəfərə qarşı dələduzluq etməkdə ittiham olunur.

Belə ki, o, azərbaycanlı iş adamlarına Türkiyənin tanınmış müğənniləri – Sıla və Ebru Gündeşi Bakıya gətirib, konsert təşkil edəcəyi vədini verib.

T.Vəlizadə, ümumilikdə, həmin şəxslərdən 200 min dollar pul alıb. Lakin sonradan vədinə əməl etməyib.

Zərərçəkmişlərin şikayətləri əsasında saxlanılan T.Vəlizadənin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham irəli sürülüb və həbs qətimkan tədbiri seçilib.

O, ittiham üzrə özünü təqsirli bilmədiyini və iş adamlarından pulu borc aldığını söyləyib.

Xatırladaq ki, T.Vəlizadə “Velizadə prodakşn”ın rəhbəri olmaqla yanaşı, müğənnilik də edirdi. 

Həmçinin oxuyun

Peqova qarşı cinayət işi – təhvil verilməsə, özümüz…

Respublika Prokurorluğu Rusiya vətəndaşları olan “WarGonzo” layihəsinin müəllifi Semyon Vladimiroviç Peqov və Yaxın Şərq və …