Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Kriminal / Ebru Gündeşi Bakıya gətirəcəyini dedi, iş adamlarından 200 min dollar aldı və…

Ebru Gündeşi Bakıya gətirəcəyini dedi, iş adamlarından 200 min dollar aldı və…

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan “Velizadə prodakşın”ın rəhbəri Tural Vəlizadənin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Virtualaz.org-un xəbərinə görə, T.Vəlizadə azərbaycanlı iş adamlarına Türkiyənin tanınmış müğənniləri – Sıla və Ebru Gündeşi Bakıya gətirib, konsert verdirəcəyini deyib. O həmin şəxslərdən ümumilikdə 200 min dollar pul alıb. Lakin sonradan vədinə əməl etməyib.

Zərərçəkmişlərin şikayətləri əsasında T.Vəlizadənin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham irəli sürülüb və barəsində həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən T.Vəlizadə ona qarşı irəli sürülən ittihamla özünü təqsirli bilməyib, iş adamlarından pulu borc aldığını deyib.

Prosesdə zərərçəkmiş Rövşən Hacıyevin vəkili Babək Həmidov vəsatət qaldıraraq cinayət işində adı şahid qismində keçən Əli Vəliyevin də cinayət məsuliyyətinə cəlb edilməsini istəyib.

Vəkil qeyd edib ki, Ə.Vəliyev iş adamı R.Hacıyevin işçisi olub, T.Vəlizadəni də onunla o tanış edib: “Rövşən müəllimə türkiyəli müğənnilər – Sıla və Ebru Gündeşin Bakıya konsert üçün gətirilməsi təklifini Əli verib. Əli də Rövşən Hacıyevdən ümumilikdə 140 min dollar pul alıb, Turala verib. Tural isə deyir ki, Əli ona ümumilikdə 120 min dollar pul verib. Məhkəmədən xahiş edirik ki, həmin şəxs də cinayət məsuliyyətinə cəlb edilsin”.

Məhkəmə prosesi yanvarın 25-də davam edəcək.

Xatırladaq ki, T.Vəlizadə “Velizadə prodakşın”ın rəhbəri olmaqla yanaşı, müğənnilik də edib.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …