Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Ebru Gündeş də istintaqa cəlb olunacaq – E-mailləri oxunacaq, qohumları araşdırılacaq

Ebru Gündeş də istintaqa cəlb olunacaq – E-mailləri oxunacaq, qohumları araşdırılacaq

Rza Zərrabın məhkəməsi ilə bağlı Ebru Gündeş gələcəkdə problemlərlə üzləşə bilər.

Avropa.info xəbər verir ki, Zərrabın əmlakının müsadirə olunması ilə bağlı hüquqi prosedura başlasa da, Əbru Gündəşin varidatı cinayət işindən kənar tutulmuşdu. Lakin aparılan istintaqda Əbru Gündəşə də suallar ünvanlanacağı da gözlənilir.

Rza Zərrabın Mayamiyə uçmazdan əvvəl ABŞ-ın İstanbul konsulluğu rəsmiləri ilə görüşdüyü və ABŞ-a daxil olarkən problemlə qarşılaşmayacağı barədə aldığı təminat sözü müzakirə mövzusuna çevrilib. Bu məlumatlar iddia mahiyyəti daşısa da, istintaqın daha da irəli gedəcəyi və Ebru Gündeşdən ifadə alınacağı gözlənilir.

İstanbul Baş Prokurorluğunun apardığı istintaq təkcə Rza Zərrabın varidatı ilə məhdudlaşmayacaq. ABŞ-a getməsinin detallarının da gün işığına çıxarılması lazımdır. Ebru Gündeşin yaxın qohumları və vəkillərinin verdiyi məlumatlar ilə HTS qeydləri, e-mail məktubları xeyli məlumatları üzə çıxara bilər.

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …