Şənbə , İyun 25 2022
Ana səhifə / Kriminal / DYP rəisinin rüşvət alması ilə bağlı səs yazısı YAYILDI

DYP rəisinin rüşvət alması ilə bağlı səs yazısı YAYILDI

Şabran rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi, polis baş leytenant Bəşirli Vasif Bəliyar oğlunun səs yazıları yayılıb.

Trend xəbər verir ki, sosial şəbəkələrdə video formatda yayılan səs yazısında yol polisi rəisi Vasif Bəşirli qabaqcadan əlbir olduğu şəxslə birlikdə müxtəlif şəxslərdən rüşvət alaraq onları Şabran rayonunda işə düzəltdiyi iddia olunub.
Səs yazısında yol polisi rəisi olduğu deyilən şəxs digər şəxsdən tələb edir ki, işə düzəltdiyi şəxslərin hər birindən məcburi halda 400-500 manat alıb ona gətirsin. Səs yazısında həmin şəxs deyir ki, digər şəxslərdən isə ilk ayının maaşı rüşvət kimi tutularaq ona veriləcək.

Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, bu məlumatla bağlı araşdırma aparılır.

https://daytube.az/az/embed/131108

Həmçinin oxuyun

“Mənə dedi ki, sənin yerinə arvadınla yatıram” – Bakıdakı dəhşətli QƏTLİN TƏFƏRRÜATLARI

Bakıda arvadını və qayınanasını qətlə yetirib daha sonra meyitlərini yandırmaqda təqsirləndirilən Vaqif Hüseynovun cinayət işi …