Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / DYP postunun əməkdaşı faciəvi şəkildə öldü – Foto

DYP postunun əməkdaşı faciəvi şəkildə öldü – Foto

Hacıqabul rayonunda ağır yol qəzası baş verib.

“Azinforum.az” xəbər verir ki, ötən gün saat 19 radələrində Bakı-Qazax magistralının Hacıqabulun Pirsaat kəndindən keçən hissəsində “VAZ 21 015” markalı avtomobil arxadan “KamAZ” markalı yük maşınına çırpılıb. Nəticədə avtomobildə olan sərnişin, Şirvan şəhər sakini, 1972-ci il təvəllüdlü Abuzərli Ağabəy Dursun oğlu aldığı xəsarətlərdən vəfat edib, sürücü isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Vəfat edən A.Abuzərli Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidmətinin Nəvahi postunun mülki əməkdaşı olub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Həmçinin oxuyun

Həbsdəki başçı yarım milyonluq zərərin bir hissəni ödədi, amma…

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Natiq Əliyevin sədrliyi ilə Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun …