Ana səhifə / Kriminal / DYP-nin CƏRİMƏ MEYDANÇASINDA 51 MAŞIN YANDI! – Rəsmi açıqlama (Yeniləndi)

DYP-nin CƏRİMƏ MEYDANÇASINDA 51 MAŞIN YANDI! – Rəsmi açıqlama (Yeniləndi)

Fövqəladə Hallar Nazirliyi avtomobil dayanacağında baş verən yanğın barədə növbəti məlumat yayıb. Nazirlikdən daxil olan xəbərə görə, Bakı şəhəri, Nizami rayonu Mikayıl Əliyev küçəsində yerləşən avtomobil dayanacağı kimi istifadə olunan ərazidə 3,7 ha quru ot və 51 ədəd müxtəlif markalı minik avtomobilinin (əksəriyyəti qəzaya uğramış və istismara yararsız vəziyyətdə olan) yanar hissələri yanıb. Ərazidə olan təxminən 200 ədəd müxtəlif markalı minik avtomobili və yaxınlıqdan keçən neft boru kəmərləri yanğından mühafizə olunub.

Yanğın zamanı xəsarət alan olmayıb.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

***

1530270726_m6

Fövqəladə Hallar Nazirliyi avtomobil dayanacağında baş verən yanğın barədə növbəti məlumat yayıb.

Nazirlikdən verilən xəbərə görə, Bakı şəhəri, Nizami rayonu Mikayıl Əliyev küçəsində yerləşən avtomobil dayanacağı kimi istifadə olunan ərazidə 3,7 ha quru ot və 51 ədəd müxtəlif markalı minik avtomobilinin (əksəriyyəti qəzaya uğramış və istismara yararsız vəziyyətdə olan) yanar hissələri yanıb. Ərazidə olan təxminən 200 ədəd müxtəlif markalı minik avtomobili və yaxınlıqdan keçən neft boru kəmərləri yanğından mühafizə olunub.

Yanğın zamanı xəsarət alan olmayıb.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

***

Bakının Nizami rayonu, Mikayıl Əliyev küçəsində yerləşən avtomobil dayanacağında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvə və vasitələri tərəfindən söndürülüb.

Nazirlikdən verilən məlumata görə, yanğın zamanı xəsarət alan olmayıb.

Əlavə məlumat veriləcək.

***

“AzPolitika” Qafqazinfo-ya istinadla xəbər verir ki, hazırda paytaxtın Nizami rayonunda yerləşən avtomobil cərimə meydançası yanır.

Hadisə yerinə yanğınsöndürən maşınlar cəlb olunub. Yanğının söndürülməsi üçün işlər aparılır.

Yanğın hələ də davam edir.

Hazırda Nizami rayon icra başçısı Arif Qasımov da hadisə yerinə gəlib. İlkin məlumata görə, yanğın nəticəsində 50-yə yaxın avtomobil yanıb. Onların bir çoxu tamamilə, bəzilərinin isə bir qismi yanıb.

Yanğına ilkin səbəb kimi, zibil vedrələrinin yanması göstərilir.

Yanğına ilkin səbəb kimi, zibil vedrələrinin yanması göstərilir.







masin-yangin6_1530270892

   4

Həmçinin oxuyun

Bakı sakininə səkkiz bıçaq zərbəsi vuruldu

Bakının Suraxanı rayonunda dava zamanı bir nəfər bıçaqlanıb. Hadisə Hövsan qəsəbəsində qeydə alınıb. Belə ki, …